Türkiyədə ilin əvvəlində daha bir serial bağlanıb.
Axşam.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, "Show TV"də yayımlanan "Ezra" serialından sonra "Roman havası" da daha yayımlanmayacaq.
Son aylarda bağlanan digər seriallar kimi baş rollarında müğənni Petek Dinçöz, Oya Başar, Cezmi Baskın, Levent Ülgen və Günay Karacaoğlunun oynadığı "Roman havası"nın çəkilişləri də reytinq göstəricilərinin aşağı olmasına görə dayandırılıb.
