|
Bakıda 9-cu sinif şagirdi olan qız intihar edib
Bakıda daha bir intihar hadisəsi baş verib.
 
Binəqədi rayon prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Xocahəsən qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yaşayan, 2001-ci il təvəllüdlü Aygün Qubad qızı Qəniyeva yaşadığı evin pəncərəsindən özünü atıb. Yeniyetmə aldığı xəsarətdən ölüb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
 
Qeyd edək ki, A. Qəniyeva 6 saylı Laçın məktəbinin 9-cu sinfində oxuyurmuş.
Cia.az