"O səs Türkiyə"nin növbəti duel günündə daha bir azərbaycanlı çıxış edib.
Axşam.az-ın məlumatına görə, Hadisənin komandasında yarışan Səmra Rəhimli Ayda adlı iştirakçı ilə "Lady Marmalade" mahnısını ifa ediblər.
Seçim anından əvvəl münsiflər heyətindən Mazhar Alanson hər iki ifanı bəyəndiyini və cütlükdə məğlub olanı öz komandasına götürəcəyini bildirib.
Hadisə sonda həmyerlimizi seçərək ona növbəti mərhələdə iştirak imkanı qazandırıb.
Qeyd edək ki, Acun İlicalının aparıcılığı ilə Türkiyənin "TV8" telekanalında yayımlanan proqramın münsiflər kürsüsündə Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan oturub.
