Kərəviz müalicəvi xassələri olan faydalı dərman bitkisidir. Bu bitki iltihab əleyhinə sakitləşdirici təsirə malikdir. Sellulozla zəngin olan kərəviz qəbizliyi aradan qaldırır, həmçinin köp zamanı çox xeyirlidir.
Kərəviz mədə-bağırsaq sistemini təmizləyib həzm prosesləri yaxşılaşdırdığı üçün arıqlamaq istəyən insanlara da tövsiyə edilir.
Kərəviz dəri üçün olduqca faydalıdır.
Yaşlılıq əleyhinə təsirlidir.
Kərəviz dərini sərbəst radikalların səbəb olduğu zərərlərdən qoruyur. Onun tərkibindəki antioksidantlar, A və C vitaminləri yaşlanma əlamətlərini azaldır, E vitamini isə dərinin nəm balansını mühafizə edir.
Dərinin elastikliyini artırır.
Kərəvizdə Omega-6 yağ turşusu var. Bu turşular dəriyə parlaqlıq və elastiklik verir, həmçinin dərini kalsium, selen, fosfor, kalium və maqnezium kimi minerallar ilə qidalandırır.
Qara nöqtə və sızanaqları azaldır.
Kərəviz dərini nəmləndirir və qidalandırır. Qara nöqtə və sızanaqlardan əziyyət çəkən insanlar çay ağacı və nanə yağını kərəviz suyu ilə qarışdırıb maska kimi tətbiq edərsə, müsbət nəticələr əldə edəcək.
Yağlı dərilər üçün təsirlidir
Yağlı dəridən əziyyət çəkən insanlara da hər gün kərəviz suyu içmək məsləhət görülür. Kərəvizi dilimləyib suda qaynadın. Soyudun və soyuducuya qoyun. Gecə yatmazdan əvvəl dərinizi bu su ilə silin. Kərəviz suyu dərinin PH tarazlığını bərpa edəcək.
Publika.az
