Bakının mərkəzində boğazı kəsilən gəncin şəxsiyyəti məlum olub.
Səbail rayon prokurorunun köməkçisi Mirfariz Seyidəliyevin APA-ya verdiyi məlumata görə, qətlə yetirilənin şəxsiyyəti müəyyənləşdirilib. Bu, 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənovdur.
Cinayət kimin törətdiyi isə hələ məlum deyil. O, qətli törətdikdən sonra hadisə yerini tərk edib.
Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
****
Bakınım mərkəzində axşam saatlarında qətl hadisəsi baş verib.
CİA.Az Milli.Az-a istinadən xəbər verir ki, hadisə “Sahil” metrosunun yaxınlığında qeydə alınıb.
Gənc oğlanın bıçaqla boğazını kəsiblər. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bilinmir.
Əldə etdiyimiz məlumata görə, hadisə baş verən zaman oğlanın yanında gənc xanım olub. Qızın qətlə yetirilən şəxsin sevgilisi olduğu ehtimal edilir.
Güman olunur ki, oğlanı qız üstündə yaranan mübahisə zamanı öldürüblər.
