PKK-nın Şenqal dağında olması bölgəmizin təhlükəsizliyi üçün ciddi təhdiddir.
Axar.az xəbər verir ki, bu sözləri peşmərgə qüvvələri üzrə Şengal Cəbhəsinin komandanı Qasım Şeşo deyib.
O bildirib ki, PKK sözgedən ərazilərdən çəkilməsə Türkiyənin hücumuna məruz qala bilər:
“PKK əlacsız və miskin yezidilərdən öz mənfəəti üçün istifadə edir. Terrorçular yezidi qız və oğlanları döyüşməyə məcbur edərək beynəxalq hüquqa zidd davranır”.
Qeyd edək ki, Şenqal dağı PKK-nın aktiv fəaliyyət göstərdiyi ərazilərdən biridir.
Cia.az
