|
SOCAR qaz hasilatını 30 faizə yaxın artırmağı planlaşdırır
SOCAR 2020-ci ilə təkbaşına işlədiyi yataqlarda qaz hasilatını ildə 10 milyard kubmetrədək artırmağı planlaşdırır.
 
Trend-in məlumatına görə, bunu "Natural Gas Europe" nəşrinə müsahibəsində SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov deyib.
 
Onun sözlərinə görə, ötən il şirkətin qaz hasilatı 6,87 milyard kubmetr təşkil edib, lakin bu həcm xeyli artacaq.
Cia.az