|
Türk əsgəri özünü istirahətdə hiss etməsin - İraq
Mosulda türk əsgərlərinin olması İraqın suverenliyinə ciddi təhdiddir.
Axar.az xəbər verir ki, bunu İraq Baş naziri Heydər Abadi deyib.
 
“Biz Türkiyədən İraqa əsgər göndərməsini tələb etmədik. Bu səbəbdən Ankara ilə Bağdad arasında ciddi gərginlik yaşana bilər. İraqın bütövlüyü bizim üçün qırmızı xəttdir. Türk əsgəri özünü istirahətdə hiss etməsin”, - Abadi bildirib.
Cia.az