|
İki avtobus toqquşdu: 47 yaralı

Ekvadorda iki sərnişin avtobusunun toqquşması nəticəsində 47 nəfər xəsarət alıb. 

 
"Report"un məlumatına görə, bu barədə "El Comercio" qəzeti xəbər yayıb. Yerli polis hadisənin səhər saatlarında, El-Oro vilayətində baş verdiyini deyib. Məlumata görə, qəza zamanı 1 nəfər həlak olub. Ölən şəxsin avtobuslardan birinin sürücüsü olduğu bildirilir. 
 
Avtobuslardan birinin salonunda sıxılıb qalmış 4 sərnişini xilas etmək üçün xüsusi avadanlıqlardan istifadə olunub. Bütün yaralılara tibbi yardım göstərilib. 
Cia.az