DÇ-2018-in seçmə mərhələsində səfərdə Lixtenşteynlə qarşılaşan Albaniya millisi 2:0 hesabı ilə qalib gəlib.
Qol.az-ın məlumatına görə, “Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqollinin adı “18-liy”ə salınsa da, baş məşqçi ona şans verməyib.
Son vaxtlar komandanı kapitan kimi meydana çıxaran və daimi heyət üzvü olan 34 yaşlı futbolçu oyunu ehtiyat oyunçular skamyasında izləyib.
“Neftçi”nin albaniyalı müdafiəçisi Vançe Şikov isə meydana 51-ci dəqiqədə daxil olub.
Cia.az
