|
BMT-nin yeni baş katibinin adı məlum olub
BMT-nin yeni baş katibinin adı məlum olub. 
 
"Milliyet" qəzeti xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Portuqaliyanın keçmiş baş naziri Antoniu Quttereşin namizədliyinin dəstəklənməsi məsələsində razılığa gəliblər. 
 
Beləliklə, oktyabrın 6-da baş tutacaq seçkidə Antoniu Quttereş BMT baş katibi postuna əsas namizəddir. 
 
BMT-nin yeni baş katibi işinə 2017-ci il yanvarın 1-də başlayacaq. 
 
Qeyd edək ki, A.Quterreş 1995-2002-ci illərdə Portuqaliyanın baş naziri, 1999-2005-ci illərdə "Sosialist İnternasional"ın sədri olub, 2005-2015-ci illərdə isə BMT-nin Qaçqınlar İşi üzrə Ali Komissarlığında işləyib. 
Cia.az