İraq parlamentinin Başika ilə bağlı açıqlaması xoşniyyətli deyil.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
“Başika hərbi düşərgəsi İraq hökumətinin razılığı ilə yaradılıb. İraqın suverenliyinə önəm veririk. Başikada yeganə məqsədimiz yerli qüvvələrə təlim keçməkdir. Rəsmi Bağdadın münasibəti qonşuluq əlaqələrimizə yaraşmır”, - Çavuşoğlu bildirib.
Qeyd edək ki, dünən İraq parlamentində Türkiyə hərbçilərinin ölkədən çıxarılması ilə bağlı qərar qəbul edilib. ABŞ rəsmiləri də Türkiyənin İraqda hərbi mövcudluğunun qanunsuz olduğu barədə açıqlamalar veriblər.
cia.az
