|
Əfqanıstanda ard-arda partlayış baş verdi, 10 uşaq yaralandı
Əfqanıstanda törədilən iki partlayış nəticəsində 10 uşaq yaralanıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, məktəb yaxınlığında törədilən partlayış zamanı 8 məktəbli yaralanıb, onlardan 7-si qızlardır.  Daha 2 uşaq mağazada partlayıcı qurğunun işə düşməsi nəticəsində yaralanıb.
 
Hər iki hadisə Nanqarxar əyalətinin inzibatı mərkəzi Cəlilabadda qeydə alınıb.
 
Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.  
Cia.az