|
Hərbçilərin maşını minaya düşüb: 2 ölü, 2 yaralı

Çərşənbə günü Malinin şimal-qərbində yerləşən Timbuktu şəhərində ölkə silahlı qüvvələri avtomobilinin minaya düşməsi nəticəsində iki hərbçi ölüb, daha ikisi yaralanıb. 

 
"Report" xəbər verir ki, bu barədə ölkənin güc strukturlarına istinadən "Franc-Press" məlumat yayıb. İnsident Duentsa və Bambara-Maude yaşayış məntəqələri arasında, Timbuktunu cənub bölgələri ilə birləşdirən magistral yolda baş verib. 
 
Güc strukturu nümayəndələrinin sözlərinə görə, partlayıcı qurğu məsafədən idarə olunub.
cia.az