|
İtaliya: “Rusiya dünyanın balansını qoruyur”
Rusiya dünyada balansın saxlanılmasında mühüm rol oynayır.
 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İtaliya Xarici İşlər naziri Paolo Centiloni söyləyib. Onun sözlərinə görə, rəsmi Roma Rusiyanın tezliklə öz qonşuları ilə problemlərini həll edəcəyinə ümid edir.
 
O, həmçinin, Suriya böhranına da münasibət bildirib:
 
“Hələbdə baş verənlər qəbuledilməzdir. Ümid edirik ki, Rusiya yenidən özünün dünya böhranlarının həllində oynadığı rolu sübuta yetirəcək”. 
cia.az