|
ABŞ-da ata iki uşağını öldürüb, sonra intihar edib
ABŞ-ın Biverton şəhərində (Oreqon ştatı)  kişi iki uşağını  güllələyərək öldürüb, sonra intihar edib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, adı açıqlanmayan şəxs 6 yaşlı oğlu və 8 yaşlı qızını öldürüb, daha sonra özünü güllələyib.
 
Məlumata görə, meyitlər kişinin həyat yoldaşı tərəfindən aşkarlanıb.
 
Polis faktlı bağla araşdırma aparır. 
Cia.az