|
“Arsenal”da xoşbəxtəm” - Kazorla

“Arsenal”ın yarımmüdafiəçisi Santi Kazorla “Atletiko”ya transfer olacağı barədə yayılan xəbərlərə münasibət bildirib. 

Qol.az-ın “Sky Sports”a istindən yaydığı xəbərə görə, ispan yarımmüdafiəçi klubunu dəyişmək fikrində olmadığını qeyd edib:

“Atletiko” əla komandadır. Simeone böyük işlər görüb. İspaniya çempionu olmaq və 2 dəfə Çempionlar Liqasında final oynamaq asan deyil. 
Lakin mən “Arsenal”da xoşbəxtəm. Məşqçilər korpusunun və komanda yoldaşlarımın inamını hiss edirəm. Klubun bir parçasıyam. Təklif olacağı halda, “Arsenal”la müqaviləmi yeniləyəcəyəm”.

cia.az