|
Rusiya neft asılılığından 10-12 ilə qurtula bilər
Rusiya neft gəlirlərindən asılılığını yaxın 10-12 il ərzində bitirə bilər. 
 
"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlama Rusiyanın keçmiş maliyyə naziri, hazırda Strategiya Hazırlıqları Mərkəzinin direktoru Aleksey Kudrin tərəfindən "Biznesin atlantları" forumundakı çıxışında bildirilib. 
 
O deyib ki, Rusiyanın 10-12 il sonra qeyri-əmtəə ixracı əmtəə ixracını üstələyəcək: "Mən bunu zəruri hesab edirəm. Biz yalnız o zaman ölkənin neft asılılığından qurtulduğunu söyləyə biləcəyik."
 
A.Kudrin həmçinin bildirib ki, Rusiya 4-5 il sonra 3-4% iqtisadi artıma nail ola bilər. 
Xatırladaq ki, bu ilin ilk 8 ayı ərzində illik müqayisədə Rusiyanın ÜDM-i 0,7% azalma göstərib.
cia.az