|
Əri tərəfindən döyülən arvad reanimasiyaya yerləşdirilib
Gədəbəydə döyülmə faktı qeydə alınıb. 
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Armudlu kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Yasəmən Şamilova ağır bədən xəsarətləri ilə Tovuz Mərkəzi Rayon
 
Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan qadın reanimasiya şöbəsinə köçürülüb. Yaxınlarının deməsinə görə, 3 uçaq anası olan Y. Şamilova həyat yoldaşı tərəfindən möhkəm döyülüb.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
cia.az