|
Referenduma beynəlxalq reaksiyalar müxalifəti qane edib?
Referendumdan 10 gün keçir. Bu müddətdə beynəlxalq qurumların referendumla bağlı mövqeləri bəlli oldu.

ABŞ Konqresinin Helsinki Komissiyasının ermənipərəst kimi tanınan həmsədri Kris Smitin açıqlamalarına söykənib “Referendumun nəticələri beynəlxalq aləm tərəfindən tanınmayacaq” deyənlər əks mənzərə ilə üzləşdilər. Beynəlxalq müşahidəçilər və qurumlar seçki günü və keçən 10 gün ərzində daha çox hakimiyyəti qane edən mövqe və rəylər verdilər.

Bəs, beynəlxalq təşkilatların son 10 gündə referendumla bağlı rəyləri müxalifəti qane etdimi?

Müsavat Partiyasının başqan müavini Elman Fəttah bildirdi ki, onlar üçün ən mötəbər mənbə və rəy Avropa Şurasının Venesiya Komissiyası və onun rəyidir. Venesiya Komissiyasının Konstitusiya dəyişikliyi ilə bağlı rəyi isə obyektiv yanaşma sayıla bilər: “Azərbaycan Avropa Şurasının üzvüdür. Üzvlüklə bağlı əsas öhdəliklərdən biri də qanunvericiliyin Avropa konvensiyasına uyğunlaşdırılması, həmçinin mühüm qanun layihələrinin, o cümlədən konstitusiyaya dəyişiklik və əlavə layihələrinə Avropa Şurası Venesiya Komissiyasından rəy alınması öhdəliyidir. Bu baxımdan son Referenduma çıxarılan məsələlər ilə bağlı da  münasibət bildirmək üzrə rəsmi mandat Avropa Şurası Venesiya Komissiyasındadır. Bu Komissiya məlum referendum layihəsi ilə  bağlı kifayət qədər obyektiv rəy bildirib və təklif olunan dəyişikliklərin demokratik prinsiplərə zidd olduğunu bildirib. Venesiya Komissiyasının rəyi bu məsələdə ən mötəbər mənbədir və bütövlükdə beynəlxalq ictimaiyyətin ümumi yanaşmasını ehtiva edir.
 
Müsavat Partiyası da Venesiya Komissiyasının rəyini obyektiv yanaşma hesab edir".
musavat