Yeni dərs ilinin başlanması ərəfəsində məktəbli formaları istehsalı ilə məşğul olan şirkətlər arasında rəqabətin də güclənməsi, kəskinləşməsi müşahidə olunmaqda idi. Əlbəttə, sağlam rəqabət inkişafın təkanverici qüvvəsidir. Amma, məhz sağlam rəqabət. Təəssüf ki, nəzərdən keçirdiyimiz halda, yəni məktəbli formalarını istehsal edən müəssisələr arasında yaşanan rəqbəti izləyərkən, çox zaman bunun yolverilməz təzahürlərinə də rast gəlirik.
“Bakı Tekstil Fabrikində nə baş verir”
Məlumdur ki, bu gün Bakıda sertifikatlaşdırılmış məktəbli formalarını istehsal edən iki əsas müəssisədən biri, bəlkə də birincisi “Bakı Tikiş Evi” ASC-dir. Etiraf olunmalıdır ki, bu müəssisənin məhsulu həqiqətən də keyfiyyətli, rəqabətə davamlı olmaqla istehlak bazarında da yüksək tələbata malikdir. Məktəbli forması istehsal edən ikinci müəssisə isə, Səkinə Babayevanın rəhbərlik etdiyi “Bakı Tekstil Fabriki” MMC-dir. Bax məhz elə bu müəssisədə işlər artıq bir qədər fərqli məcrada gedir. İlk növbədə qeyd etməliyik ki, bizdə olan dəqiq məlumata görə, son vaxtlar bəzi qəzet və saytlarda dərc olunmuş və “Bakı Tikiş Evi” ASC-nin fəaliyyətində guya ki, mövcud olan nöqsanları “ifşa edən” yazılar məhz Səkinə Babayevanın “ötürmələri” əsasında hazırlanmışdır. Bu barədə redaksiyamıza açıqlama verən məlumatlı mənbənin sözlərinə görə, Səkinə xanım bu hərəkətilə iki əsas məqsədinə nail olmağa çalışır. Bunlardan birincisi, “Bakı Tikiş Evi” ASC-nin məhsullarını nüfuzdan salmaqla, istelak bazarında öz mövqeylərini möhkəmlətməkdir. İkinci məqsəd isə, əslində “Bakı Tekstil Fabriki” MMC-nin (BTF) fəaliyyətində yer alan nöqsan və qanun pozuntularında bir başqasını ittiham etməklə, diqqəti özündən yayındırmaqdır. Məsələ bundadır ki, bu gün BTF-nin fəaliyyəti əslində heç də ilk baxışda göründüyü kimi, problemsiz ötüşmür.
Müdhiş fırıldaq
Mənbənin təqdim etdiyi açıqlamada iddia olunur ki, Səkinə Babayevanın rəhbərlik etdiyi müəssisə bu gün də dövlət yoxlamasından keçirilməmiş, normativ tələblərə cavab verməyən formalar istehsal etməkdədir. Həm də bu istehsalda təhlükəsizlik sertifikatı almamış xammaldan istifadə edilir. Lakin bu proseslər artıq BTF-nin əsas istehsal sahəsindən kənarda, xüsusi yaradılmış və təchiz olunmuş qeyri-leqal sexlərdə həyata keçirilir. Bu yolla, əldə olunan məhsulun maya dəyəri bir neçə dəfə aşağı salınır. Amma həmin formalar sertifikatlı məhsullarla eyni qiymətə satılır. Digər tərəfdən isə, redaksiyamıza məlumat verən mənbənin iddiasına görə, hazırda Çində də Səkinə Babayeva tərəfindən maliyyələşdirilən bir neçə tikiş sexi fəaliyyət göstərməkdədir. Məhz həmin sexlərdə istesal olunan məktəbli formaları da bu gün Azərbaycana xammal adı ilə qanunsuz olaraq gətirilir və sonradan ölkənin istehlak bazarında BTF-nin məhsulları kimi satışa çıxarılır.
“Səkinə Babayevanın şəxsi maraqları, dövlətin maraqlarını üstələyib”
Bütün bunlarla yanaşı belə bir bir məqamı da qeyd etmək lazımdır ki, Səkinə Babayevanın bu gün rəhbərlik etdiyi istehsal sahəsində nümayiş etdirdiyi müxtəlif maxinasiyalara meyilliliyini müşahidə edərkən, bu xanımın bir neçə il bundan əvvəl qədəm qoymaq istədiyi siyasi karyera yolunun lap başlanğıcındaca yol verdiyi ciddi nöqsanları xatırlamamaq olmur. Çünki əslində hər iki məqam mahiyyətcə eyni bir əsasa – dövlətin, xalqın maraqlarına, baxdığımız halda isə, həm də mənsub olduğu partiyanın maraqlarına etinansızlıq göstəricisinə istinad edir. Məlum olduğu kimi, 2010-cu ildə keçirilmiş seçkilərdə, Yeni Azərbaycan Partiyası tərəfindən Səkinə Babayevanın 8 saylı Nərimanov-Nizami Seçki dairəsindən Milli Məclisə deputatlığa namizədliyi irəli sürülmüşdü. Lakin bu xanım seçicilərin etibarını kifayət qədər qazana bilmədiyindən tələb olunan səsləri də toplaya bilmədi. Düz deyiblər ki, xalqın gözü tərəzidir. Çünki, Səkinə Babayevanın seçkilərdən dərhal sonra yaratdığı qalmaqal, ona etimad göstərərək, namizədliyini irəli sürmüş partiya təşkilatına qarşı irəli sürdüyü əsassız və rüsvayçı ittihamlar bir daha sübut etmiş oldu ki, onun xalqı təmsil etməyə həqiqətən də heç bir haqqı yoxdur.
Bu gün isə, Səkinə Babayevanın öz şəxsi mənfəəti naminə uşaqlarımızın sağlamlığını riskə atması, onun bir müəssisə rəhbəri kimi fəaliyyəinin məqbulluğunu da ciddi şübhə altına alır.
P.s Həmçinin gələn sayımızda aşağıda verilən anonslar haqqında ətraflı oxuya biləcəksiniz:
*Səkinə Babayevanın keçmiş şərikləri nələr danışdı?
*Səkinə Babayevanı Səfər Əbiyev və İsa Nəsəfovla hansı tellər bağlayıb?
*Deputat seçkilərindən sonra millət vəkili seçilə bilməyən Babayeva, hansı dövlət rəsmisi haqqında nələrdən danışıb?
*Fədail Rəhimov hansı iqtisadi cinayətin anonsunu verdi?
Cia.az
