"Somuncu baba aşkın sirri" filmi üçün bir aydır ki, Aksarayda olan aktyor Furkan Palalı ötən gün çəkilişlərdə donma təhlükəsi ilə üzləşib.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, sübh tezdən Həsən dağında başlayan çəkilişlərdə 12 saata qədər 10 dərəcə şaxtada qalan Palalı, az qala, donacağını bildirib: "Aktyorluq karyeramın ən çətin anları idi. Həqiqətən, çox üşüdüm, nəfəs almaqda çətinlik çəkirdim. Az qala, donmuşdum”.
