|
Bağdadda baş vermiş iki partlayış nəticəsində 10 nəfər ölüb, 30 nəfər yaralanıb
İraqın paytaxtı Bağdadda baş vermiş iki partlayış nəticəsində 10 nəfər ölüb, 30 nəfər xəsarət alıb.
 
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə,  şəhərin cənub-qərb hissəsində, bazarda terrorçu-kamikadze tərəfindən törədilən partlayışda 6 nəfər ölüb, 16 nəfər yaralanıb.
 
Digər terror aktı taksi dayanacağında qeydə alınıb. Burada baş verən partlayış 4 nəfərin həyatına son qoyub, 18 nəfər yaralanıb.
 
Hələlik partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
cia.az