Estoniyanın bu gün seçilmiş yeni prezidenti Kersti Kalyulayd bildirib ki, ölkəsinin vətəndaşları ilə nəinki eston dilində, həımçinin rus dilində ünsiyyət qurmağa hazırdır.
Virtualaz.org “Russian Today” agentliyinə istinadən xəbər verir ki, Kalyulayd deyib: “İru elektrik stansiyasından həmkarlarım təsdiq edə bilərlər ki, dar çərçivədə rusca da danışa bilirəm. Məmnuniyyətlə danışarıq. Mən hələlik çox zəif bildiyim rus dilində, onlar isə özlərinə necə rahatdırsa, eləcə. Ola bilsin ki, mənim aksentim onları eston dilindən daha ürəklə istifadə etməyə sövq etsin”.
Prezidentin sözlərinə görə, o, insanlarla milliyyətindən və baxışlarından asılı olmayaraq ünsiyyət quracaq.
cia.az
