|
Taliban daha bir şəhəri ələ keçirdi
Taliban ötən il NATO  təyyarələrinin bombardımanlarından sonra tərk etdiyi Qunduz şəhərini əfqan ordusundan alıb.
 
Avropa.info Türkiyə mediasına istinadən xəbər verir ki, Taliban bu gün səhər saatlarında Qunduz şəhərinə 4 istiqamətdə hücum edib. Nəticədə əfqan ordusu şəhərdən qaçıb.
 
Qunduzda yaşayan yerli  xalq da əfqan hökumətinə bağlı hərbi birliklərin şəhərdən qaçdığını təsdiqləyib.
cia.az