|
Hava limanında tələbənin çantasından ilanlar və kərtənkələlər tapılıb
Rusiyada tələbənin çantasından ilanlar və kərtənkələlər tapılıb.
 
Virtualaz.org saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Dubaydan Moskvaya gələn gənc Domodedova hava limanında saxlanılıb. O, baytarlıq fakultəsinin tələbəsi olduğunu, heyvanları evdə saxlamaq məqsədilə Honkonqdan aldığını bildirib.
 
Heyvanları gömrük yoxlaması zamanı xüsusi öyrədilmiş xidməti it aşkar edib. 19 yaşlı sərnişinin yükündə 2 ilan və 28 kərtənkələ tapılıb. Baytarlıq öyrəndiyini deyən tələbənin bu heyvanların daşınmasına heç bir icazəsi olmayıb.
 
İlanlar və kərtənkələlər vəhşi heyvanların reabilitasiya mərkəzinə göndərilib. Ekspertizanın rəyindən sonra hüquq-mühafizə orqanları tələbənin inzibati qaydada məsulliyyətə cəlb ediləcəyi, yaxud barəsində cinayət işi başlanılacağı barədə qərar verəcək.
cia.az