|
Çində yaşayış binasında partlayış baş verib, 3 nəfər ölüb
Çinin Xarbin şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər ölüb, yaralıların dəqiq sayı müəyyənləşdirilir.
 
İlkin versiyaya görə, hadisəyə məişət qazının partlaması səbəb olub.
 
Faktla bağlı araşdırma aparılır. 
cia.az