|
İcra başçısı “Şəmkir”i SOCAR-dan alır

Şəmkirin icra başçısı Alimpaşa Məmmədov yerli futbol klubunu bərpa edir

Axar.az-a rayondan verilən xəbərə görə, icra başçısı şəmkirli iş adamları ilə görüşüb və komandanı yenidən dirçəltmək üçün onların maddi dəstək verməsi təşəbbüsünü qaldırıb.

A.Məmmədov vaxtilə Azərbaycan çempionu olmuş, ölkəni Avropada təmsil etmiş, milliyə və klublara tanınmış futbolçular bəxş etmiş komandanın fəaliyyətinin bərpasını vacib hesab edib. Şəmkirli iş adamlarının bu təklifi dəstəklədiyi bildirilir. Artıq icra başçısının təşəbbüsü ilə bağlı şifahi razılaşma əldə olunduğu da söylənilir.

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin təşəbbüsü ilə “Şəmkir” klubu 4 il əvvəl fəaliyyətini bərpa edib. Amma komanda aşağı divizionda çıxış edib və artıq icra başçısının himayəsi olacağı təqdirdə komanda PFL-in nəzarətindən çıxacaq. Məlumata görə, əyalət təmsilçisi maliyyəni artıq PFL-in vasitəsilə SOCAR-dan almayacaq.