Kimsəsizlərin hospitalizasiyası işinə dair tədbirlər görülüb.
Ahıl və kimsəsiz şəxslərin hospitalizasiyası işini da daha da yaxşılaşdırmaq məqsədilə Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının və Birləşmiş şəhər Xəstəxanalarının rəhbərlərinin iştirakı ilə toplantı keçirib. Toplantıda bu istiqamətdə mərhələli şəkildə həll olunacaq tədbirlər müzakirə olunaraq qərarlar qəbul edilib.
Səhiyyə Nazirliyindən virtualaz.org saytına bildiriblər ki, yaşayış yeri olmayan kimsəsiz şəxslərə görə təcili yardım xidmətinə çağırış daxil olarkən, xəstə təcili yardım tərəfindən müvafiq müayinələrdən keçirildikdən sonra profil üzrə hospitalizasiya olunur. Diaqnozun dəqiqləşdirliməsi məqsədi ilə əlavə müayinələrə ehtiyac olduğu halda xəstə Bakı şəhərində yerləşən klinki xəstəxanalardan birinə aparılır, müayinələrdən keçirilir, ehtiyac olarsa həmin klinikaya hospitalizasiya edilir.
Klinikaya hospitalizasiyasına ehtiyac olmadığı halda xəstə, növbətçilik prinsipinə uyğun olaraq, 6, 7, 18, 26, 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarında birinə çatdırılır. Bu məqsədlə həmin xəstəxanalarda təcrübəli həkimlərdən ibarət növbətçilik təşkil edilir. Qeyd olunan tibb müəssisələrində müvafiq müalicə kursu keçdikdən və vəziyyəti stabilləşdikdən sonra xəstə, ərazi prinsipi gözlənilməklə, təcili yardım vasitəsilə Bakı şəhərini digər BŞX-larından birinə köçürülür.
Cia.az
