Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vüqar Şirinovun cinayət işi üzrə məhkənin hazırlıq iclası keçirilib.
Virtualaz.org-un məlumatına görə, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı oktyabrın 6-na təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi keçən il martın 6-da Nəsimi rayonun 4-cü mikrorayon ərazisində fəaliyyət göstərən “Odlar Yurdu” adlı çay evində baş verib. Çay evinin sahibi, Ağsu rayon sakini Murad Qubadov borc verdiyi V.Şirinov tərəfindən güllələnib.
cia.az
