Bu gün Bakı şəhəri, Nərimanov rayonunda “Azərişıq” ASC-yə məxsus “UAZ” markalı yük avtomobilinin yanar hissələri, banına yığılmış 31 ədəd elektrik sayğacı və 2 ədəd sürətçıxardan yanıb.
Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Cia.az
