|
Əfqanıstanın paytaxtında partlayış baş verib
Əfqanıstanın paytaxtı Kabildə partlayış olub.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində yaralıların olduğu bildirilir.
 
İlkin məlumata əsasən, şəhərdə səhər saatlarında əldəqayırma partlayıcı qurğu işə salınıb.
 
İnsidentin təfərrüatları hələ ki, məlum deyil.
Cia.az