|
İngiltərədə təyyarə qəzaya uğrayıb, ölən və yaralanan var
İngiltərədə  yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 1  nəfər ölüb, daha 1-i xəsarət alıb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində 2 nəfər olub.
 
 Təyyarə yerə düşəndən sonra güclü yanğın baş verib. Noric şəhəri yaxınlığında baş verən insidentin səbəbləri araşdırılır. 
cia.az