Rusiya yardıma gəlməsəydi, Əsəd rejimi çökmüşdü.
Axar.az xəbər verir ki, bunu Türkiyənin Özyeğin Universitetinin professoru Məsud Haqqı Caşın deyib.
“2015-cı ilin oktyabr ayında Əsəd rejimi Suriyanın yalnız 15 faizinə nəzarət edirdi. Hətta rejim çökmək ərəfəsində idi. Lakin Rusiyanın gəlməsi ilə Əsəd toparlana bildi”, - Caşın bildirib.
Qeyd edək ki, Rusiya hökuməti Suriyada birmənalı olaraq Əsəd hakimiyyətinin mövcudluğunu qorumağa çalışır.
cia.az
