|
Hələbə ton yarım humanitar yardım çatdırıldı
Rusiya hərbçiləri Hələbin şərqinə 1,5 ton humanitar yardım çatdırıb.
 
Axar.az Röyter-ə istinadən xəbər verir ki, bu haqda məlumatı Suriyada müharibə tərəflərinin barışıq Mərkəzinin nümayəndəsi Daniil Rıçkov verib.
 
“Rusiya hərbçiləri Hələb şəhərinə humanitar yardım göstərib. Yardım ölən hərbçilərin ailələrinə, qaçqınlara, dinc sakinlərə verilib. Yardımın ümumi çəkisi 1,5 ton təşkil edir”, – Rıçkov bildirib.
Cia.az