Xarici dövlətlərə verilmiş kreditlər üzrə 2017-ci ildə Azərbaycanın dövlət büdcəsinə 50,815 mln. manat daxil olacaq.
"Report"un verdiyi xəbərə görə, bu barədə 2017-ci ilin dövlət və icmal büdcələrinin layihələrində qeyd olunub.
Beləliklə, əvvəlki illə müqayisədə bu istiqamətdə daxilolmalar 98,9% artıb. Belə ki, 2016-cı ilin büdcəsində bu göstərici 25,553 mln. manat həcmində nəzərdə tutulub.
Cia.az
