Dövlət Neft Şirkəti (SOCAR) 2014-cü ilin dekabr ayında Supsa limanından 254 min 498 ton, Ceyhan limanından 2 milyon 194 min 300 ton xam neft ixrac edib.
Ümumilikdə yanvar-dekabr ayları ərzində Novorossiysk limanından 932 min 155 ton, Supsa limanından 2 milyon 957 min 390 ton, Ceyhan limanından isə 20 milyon 483 min 248 ton xam neft ixrac edilib.
Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
