Bu gecə Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsi, 174 ünvanında yerləşən, holdinqlərdən birinin binasında quldurluq hadisəsi baş verib.
ARB Kəpəz xəbər verir ki, iki maskalı şəxs holdinqə daxil olaraq əvvəlcə təhlükəsizlik kamerasını sıradan çıxarıb, sonra gözətçini döyərək içi pulla dolu seyfi ələ keçirib.
Hələlik cinayətkarların kimliyi məlum deyil. Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin əməliyyat qrupu hazırda hadisə yerindədir, araşdırma aparılır.
İlkin məlumata görə, seyfin içərisində təxminən 70-80 min manat pul olub.
Faktla bağlı araşdırma aparılır.
