|
ABŞ İraq və Suriyada İŞİD-in 18 liderinin məhv edildiyini bəyan edib
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraq və Suriyada son 30 gün ərzində endirdiyi aviazərbələr nəticəsində  İŞİD terror qruplaşmasının 18 lideri məhv edilib.
 
APA-nın  “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ ordusunun İraq və Suriyadakı komandanlığının nümayəndəsi bildirib.  
 
Məlumata görə, zərbələrin hədəfləri arasında dəstə komandirləri, əcnəbi muzdlular və  əlaqələndiricilər olub.   
Cia.az