Vaşinqtonun Suriyada terrorçularla mübarizə məsələsində Moskva ilə əməkdaşlıqdan imtina etməsi yaraqlılar üçün yaxşı hədiyyə olacaq.
"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova öz "Facebook" səhifəsində yazıb. O bildirib ki, əgər Vaşinqtondan qarşılıqlı fəaliyyətin dayandırılmasına dair səsləndirilən təhdidlər rəsmi qərara çevrilərsə, o zaman artıq şübhə qalmayacaq – Ağ Ev silahlıları öz qanadları altına aldı və terrorçuların küçəsində böyük bayram şənliydir.
Zaxarova qeyd edib ki, Vaşinqton uzun müddət Suriyada terrorçuların mövcudluğunu prinsipcə inkar edib.
cia.az
