|
Koalisiyanın Yəmənə endirdiyi aviazərbə nəticəsində 8 dinc sakin ölüb
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi beynəlxalq ərəb koalisiyasının Yəmənin şimalına endirdiyi iki aviazərbə nəticəsində 8 dinc sakin ölüb.
 
APA-nın xəbərinə görə, bu barədə “Frans Press”ə yerli rəsmi qurumlardan bildirilib.
 
Məlumata görə, zərbələrdən birinin hədəfi Razah şəhərində  mülki avtomobil olub.   Nəticədə 5 nəfər ölüb. İkinci zərbə Şadeh şəhərinə endirilib, nəticədə 3 mülki şəxs ölüb.
Cia.az