|
OPEK ölkələri neft hasilatının məhdudlaşdırılması barədə razılığa gəliblər
OPEK ölkələrinin rəsmiləri Əlcəzairdə keçirilmiş görüşdə neft hasilatının məhdudlaşdırılması barədə razılığa gəliblər.
 
"Report"un məlumatına görə, bu barədə "Reuters" məlumat yayıb.
 
Məlumata görə, OPEK-ə üzv ölkələr neftin gündəlik hasilatının 32,5 milyon barel həcmdə məhdudlaşdırılmasını razılaşdırıblar.
 
Agentlik OPEK-in nümayəndə heyətindəki mənbələrə istinadən xəbər verib ki, təşkilat razılaşmayla əlaqədar neft ixrac edən digər ölkələrə də müraciət edəcək.
Cia.az