Türkiyəli məşhur aktyor Ləvənd Kırcanın məzarına görə qalmaqal yaşanıb.
Kırcanın qəbrini ziyarət edən aktyor Əhməd Çevik məzarın fotosunu sosial şəbəkədə paylaşıb. Mərhum aktyorun sevənləri ölümündən 1 il ötməsinə baxmayaraq, qəbir daşının olmamasına görə onun ailəsini ittiham edib.
Aktyorun həyat yoldaşı Əsli Çətinər “Bəzi tərbiyəsizlər ağızlarına gələni danışılar. Ləvəndin məzarı yaxın günlərdə düzəldiləcək”, - deyəndən bir müddət sonra qəbir daşı hazır olub.
Cia.az
