|
Şimon Peres donor olacaq
Sabiq İsrail Prezidenti Şimon Peres sentyabrın 28-də gecə dünyasını dəyişəndən sonra məlum olub ki, eks-prezident ölümündən sonra donor olacaq.
 
Axar.az CNN-ə istinadən xəbər verir ki, 93 yaşlı siyasətçinin gözünün buynuz qişası buna ehtiyacı olan xəstəyə veriləcək.
 
Qeyd edək ki, Peresin donor kimi çıxış etməsi fikrini ailəsi irəli sürüb.
cia.az