|
Dünya Bankının yeni prezidenti seçilib
Dünya Bankı (WB) Qrupunun prezidenti Cim Yonq Kim (Jim Yong Kim) növbəti 5 ildə də bu vəzifəni icra edəcək. 
 
“Report”un Bankdan əldə etdiyi məlumata görə, C.Y.Kim öz vəzifəsinə 2017-ci ilin iyulun 1-dən başlayacaq.
 
Artıq WB-nin Direktorlar Şurası C.Y.Kimin vəzifəsini təsdiq edib.
 
C.Y.Kim WB-də 2012-ci ilin iyulundan işləməyə başlayıb. Onun prezidentliyi dövründə Bankın gəlirlərinin 40%-ə qədər artdığı, inzibati xərclərin isə 400 mln. dollara qədər azaldığı bildirilir. 
Xatırladaq ki, hazırda WB Azərbaycanda 11 layihəni maliyyələşdirir.
Cia.az