|
Tvitter uğrunda savaşa Bil Qeyts də qoşuldu
“Maykrosoft” kompaniyası Tvitteri ala bilər.
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı CNBC telekanalı yayıb. Telekanal şirkətin öz rəsmi mövqeyini 40 gün ərzində açıqlayacağını bildirib.
 
Qeyd edək ki, bundan öncə Tvitterin alınmasına “Quql” və “Salesforce.com” qoşulub. Üstəlik, “Volt Disney” şirkəti də sosial şəbəkəni almaq istədiyini bildirib. Adı çəkilən şirkətlər Tvitterin alınması üçün 16 milyard dollardan çox pul ödəməyə hazır olduqlarını bəyan ediblər. 
musavat