|
Dövlət Departamenti: “ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır”
ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır və ölkə başçısının səlahiyyətlərinin müddətinə dair məsələyə müdaxilə etmək niyyətində deyil.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner deyib.    
 
“Biz, bu demokratik prosesin hansı nəticələr verib-verməyəcəyi ilə bağlı nəyisə diqtə edə bilmərik. İstisna odur ki,  pozuntular varsa - araşdırılmalı, qüsurlar varsa – tədqiq edilməli və aradan qaldırılmalıdır ... Biz  səlahiyyət müddətinin məhdudlaşdırılmasını diqtə edə bilmərik”, - deyə Torner brifinq zamanı Azərbaycanda keçirilmiş referendumda qəbul olunan normaların demokratik olub-olmamasına dair suala cavabında bildirib.  
 
“ABŞ bundan sonra da demokratik institutların fəaliyyətinin yaxşılaşdırılması istiqamətində Azərbaycanla işləmək niyyətindədir”, - deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi əlavə edib.   
Cia.az