|
NATO Avropa ordusunu dəstəkləyir
NATO Avropa Birliyinin müdafiəsinin gücləndirilməsi ilə bağlı debatları alqışlayır.
Bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq söyləyib. Onun sözlərinə görə, Alyans Avropanın güclü müdafiəsi ilə güclü NATO arasında heç bir təzad görmür:
“Bunlardan biri digərini qüvvətləndirir. Əsas məsələ NATO-nun təkrarçılığından qaçmaqdır”.
Qeyd edək ki, bundan öncə Böyük Britaniya Avropa Birliyi ordusunun yaradılmasına imkan verməyəcəyini açıqlayıb. Rəsmi London bunun NATO-nun təkrarı olacağını bildirib. 
Cia.az