|
Sabirabadda ağır qəza

Sabirabadda avtoqəza baş verib, bir ailənin 3 üzvü xəsarət alıb.

APA xəbər verir ki, Sabirabad rayonunun Həşimxanlı kənd sakini, 1979-cu il təvəllüdlü Baxışov Aydın Mehrac oğlu idarə etdiyi "VAZ 21011" markalı avtomobili yolun kənarında dayanan traktora çırpıb. Qəza nəticəsində sürücü, onun həyat yoldaşı-1980-ci il təvəllüdlü Baxışova Şəfaqət Samir qızı və onların 5 yaşlı oğlu Baxışov Mehrac Aydın oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Sabirabad Ryon Polis Şöbəsində araşdırma aparılır.

Cia.az