|
Bakıda şadlıq evində yanğın olub
Bakıda yanğın hadisəsi baş verib. 
Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakının Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1500 m2 olan 3 mərtəbəli "NEOLİT" şadlıq evinin  mətbəxində şaxtadan keçən  elektrik  kabeli 6 p.m  yanıb.
 
Şadlıq evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
cia.az